Dağıstanın yeni rəhbəri seçilib

Xəbər - Orxan Nəbiyev – Trend:

Sergey Melikov Rusiyanın Dağıstan Respublikasının yeni rəhbəri seçilib.

Trend-in məlumatına görə, onun namizədliyini Dağıstan parlamentində 90 deputatdan 82-si dəstəkləyib.

Qeyd edək ki, o, oktyabrın 5-dən Dağıstan rəhbərinin vəzifələrini icra edirdi. S.Melikov bu vəzifədə Vladimir Vasilyevi əvəz edəcək.

V.Vasilyev isə Dağıstanın rəhbəri vəzifəsindən istefa verdikdən sonra prezident Vladimir Putininə müşavir təyin edilib.