Dağıstanda kütləvi dava: noqaylar qisas alacaq – Video

Dağıstanda kütləvi dava: noqaylar qisas alacaq – Video

Dağıstanda noqaylar və darginlər arasında kütləvi dava baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.

Belə ki, darginlər toy məclisindən sonra 10-a qədər avtomobil ilə noqayların yaşadığı kəndə gələrək yüksək səslə musiqi səsləndirib ki, bu da sakinlərin narazılığına səbəb olub.

Noqaylar musiqini dayandırmağı tələb etdikdə isə tərəflər arasında kütləvi dava baş verib. Ölən və yaralananların olduğu bildirilir.

Sosial şəbəkələrdə yayılan iddialara görə, noqaylar qisas məqsədilə növbəti günlərdə mübahisəyə son qoymaq üçün daha böyük kütlə ilə davaya yollanacaqlar.

Teqlər: