Dağıstanda dəhşətli qəza: 9 ölü, 20 yaralı

Dağıstanda dəhşətli qəza: 9 ölü, 20 yaralı

Rusiyanın Dağıstan Respublikasında reys avtobusunun qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.

AzerTimes xəbər verir ki, hadisə “Qafqaz” yolunun Koxanovka kəndi ərazisində baş verib.

İlkin məlumata görə, minik avtomobili qarşı yola çıxaraq “Kamaz” markalı yük maşını ilə toqquşub, yük maşını isə Moskva-Xasavyurt marşrutu ilə hərəkət edən avtobusa çırpılıb. Zərbənin təsirindən bir neçə avtomobil yanıb.

Hazırda 9 nəfərin həlak olduğu, 20 nəfərin yaralandığı bildirilir.

Teqlər: