Dağılmaq üzrə olan 9 əsrlik qəbiristanlıq… – Rəsmi

Dağılmaq üzrə olan 9 əsrlik qəbiristanlıq… – Rəsmi

Qəbələ rayonunun Həzrə kəndində yerləşən tarixi qəbiristanlıqdakı 4 türbə və 4 sənduqə tarix-mədəniyyət abidəsi kimi dövlət qeydiyyatındadır.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən açıqlama verilib.

Məlumata görə, sözügedən qəbiristanlıq yerli sakinlər arasında ibadət yeri kimi tanınır:

“Tarixi abidələrin yerləşdiyi ərazi daim nəzarətdə saxlanılır. Qəbiristanlıqda həm mühafizəçilər, həm də yerli sakinlər tərəfindən mütəmadi təmizlik işləri görülür.

Türbələr ətrafında abadlaşma işlərinin aparılması isə investisiya layihələrin siyahısına daxil edilib”.

Qeyd edək ki, tarixçi Zaur Əliyev XI-XII əsrlərə aid qəbiristanlığın dağılmaq təhlükəsilə üz-üzə olduğu barədə məlumat yaymışdı.

Teqlər: