Culfalı Əli Hacıya cinayət işi açıldı

Culfalı Əli Hacıya cinayət işi açıldı

Şərqi Azərbaycan əyalətinin Culfa şəhərindən olan müəllim, Müəllimlər Birliyinin İdarə Heyətinin fəal üzvü Əli Hacıya qarşı yeni cinayət işi açılıb.

AzerTimes xəbər verir ki, bu barədə İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası məlumat yayıb.

Tehran əyalətinin Təhsildə İnzibati Xətalar İdarəsi Culfa şəhər Təhsil İşçiləri Birliyinin fəallarından müəllim Əli Hacıya məhkəmə iş qaldırıb.

O, sosial mediada paylaşımları ilə “ictimai rəyi təhrik etmək və təşviş yaratmaq”da günahlandırılıb.

Qeyd edək ki, bundan əvvəl yanvar ayında da azərbaycanlı müəllim sosial mediadakı tənqidi paylaşımına görə cəzalandırılıb və 6 ay müddətinə müəllimlik fəaliyyətinə qadağa qoyulub.

Teqlər: