Cüdoçularımız Avropa çempionatında 3 qızıl qazandı

Cüdoçularımız Avropa çempionatında 3 qızıl qazandı

Azərbaycan cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində keçirilən veteranlar arasında Avropa çempionatının ikinci günündə 3 qızıl medala sahib olublar.

AzerTimes Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarışın ikinci günündə M3 yaş kateqoriyası və M4 yaş kateqoriyası üzrə 15 cüdoçumuz medal uğrunda mübarizə aparıb.

M3 yaş kateqoriyası üzrə Zülfüqar Hüseynov (81 kq), M4 yaş kateqoriyası üzrə Babək Hacıyev (60 kq) və Vüqar Budaqov (73 kq) qızıl medal əldə ediblər.

Teqlər: