Cüdoçularımız açıq Avropa turnirində qızıl və gümüş medal qazanıblar

Bosniya və Herseqovinanın Sarayevo şəhərində cüdo üzrə açıq
Avropa turniri davam edir.

AzerTimes-ın
məlumatına görə, turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən
cüdoçularımız Samir Piriyev və komanda yoldaşı Turan Bayramov bütün
rəqiblərini məğlub edərək finala yüksəliblər. Həlledici mərhələdə
cüdoçularımız üz-üzə gəliblər. Qarşılaşmanı qızıl xal bölümündə
ipponla başa vuran Turan Bayramov turnirin qalibi olub. Samir
Piriyev isə gümüş medalla kifayətlənib.

Fevralın 13-dək davam edəcək yarışa 26 ölkədən 321 idmançı
qatılıb.

Teqlər: