Azərbaycan Cüdo Federasiyası (ACF) Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və İdman Akademiyası və Avstriyanın “Complex Core”
şirkəti ilə əməkdaşlıq çərçivəsində cüdo üzrə milli komandanın
üzvlərinin müxtəlif tibbi və fiziki testlərdən keçirilməsi
layihəsinə start verib.
ACF-nin mətbuat xidmətindən AzerTimes-a bildiriblər ki, testlər
zamanı idmançıların ümumi sağlamlıq və fiziki vəziyyəti yoxlanıb.
Əldə edilən məlumatlar idmançıların ümumi və fərdi məşq
proseslərinin qurulması, həmçinin çəki məsələlərinin idarəedilməsi
üçün istifadə ediləcək. Digər vacib istifadə sahəsi isə
cüdoçularımızın zədələnmələrinin qarşısının alınması üçün mümkün
risklərin müəyyənləşdirilməsi və bununla bağlı önləyici tədbirlərin
görülməsidir.