“Rusnano”nun keçmiş rəhbəri Anatoli Çubaysın Rusiyadan niyə qaçdığını anlamıram.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Prezidentin sözlərinə görə, hazırda “Rusnano”da mürəkkəb proseslər gedir, orada böyük maliyyə dəliyi var:
“Anatoli Borisoviçin İsraildə gizlənməsini heç başa düşmürəm. Mənə internetdən şəkil göstərdilər, o, artıq Anatoli Borisoviç Çubays deyil, Moyşa İsraileviçdir. O, niyə belə edir? Mən başa düşmürəm. Qaçıb. Çubaysın hərəkətləri “Rusnano”da işindəki uğursuzluqlarla, uzun illər onun rəhbərlik etdiyi nanotexnologiyaların strukturunda mürəkkəb proseslərin getməsi ilə bağlı ola bilər. Orada böyük bir maliyyə dəliyi var. Böyük rəqəmlərdir. Ola bilsin ki, o, sonda bütün bunların hansısa cinayət işlərinə səbəb olacağından qorxub”.