Çoxlu titullar qazanan gimnastların çıxışlarına baxmaqdan zövq aldım – tamaşaçı

Çoxlu titullar qazanan gimnastların çıxışlarına baxmaqdan zövq
aldım.

Bu barədə AzerTimes-a Bakıda idman gimnastikası üzrə FIG Dünya
Kubokunu izləyən tamaşaçısı Arzu Rüstəmova deyib.

“Milli Gimnastika Arenasına gəldim, çünki mən özüm idmanı
həqiqətən sevirəm və idmanla maraqlanıram, ancaq onun digər növləri
– voleybol, basketbol ilə. Bədii gimnastika üzrə Dünya Kubokunun
iştirakçıları titullu idmançılardır. Bunlar arasında Olimpiada,
dünya və Avropa çempionatlarının qalibləri var, və onların
çıxışlarını izləmək çox maraqlıdır”, – deyə tamaşaçı qeyd edib.

Tamaşaçı Milli Gimnastika Arenasına ilk dəfə gəldiyini və burada
hökm sürən ab-havadan məmnun qaldığını vurğulayıb:

“Zaldakı ab-hava inanılmazdır, mən onu izləməkdən zövq aldım.
Düşünürəm ki, növbəti yarışlarda bura gələcəm”, – deyə o əlavə
edib.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika
Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku
keçirilib.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü
beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145
idmançı qüvvəsini sınayıb.

2022-ci ildə bu gimnastika növü üzrə müxtəlif ölkələrdə
keçirilən Dünya Kubokunun üç mərhələsindən sonra Bakıda keçiriləcək
yarışlar final mərhələsi hesab olunur.

Yarış zamanı azərbaycanlı gimnast Nikita Simonov halqa
hərəkətləri üzrə FIG Dünya Kubokunun bürünc medalını qazanıb.

Teqlər: