Çoxdan tanıdığım Putinə sözüm budur – Bayden

Çoxdan tanıdığım Putinə sözüm budur – Bayden

Əgər bu zalda kimsə Putinin Ukraynada dayanacağını düşünürsə, əmin ola bilər ki, o, bunu etməyəcək.

AzerTimes “Amerikanın səsi”nə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Konqresdə “Birliyin vəziyyəti” mövzusunda çıxışı zamanı deyib.

“Ancaq biz Ukraynanı dəstəkləsək və ona özünü müdafiə etmək üçün lazım olan silahları versək, Ukrayna Putini dayandıra bilər. Qlobal liderlik rolumuzdan qaçmaq istəyənlər Ukraynaya yardımın qarşısını alırlar. Mənim çoxdan tanıdığım Prezident Putinə mesajım sadədir: biz getməyəcəyik, baş əyməyəcəyik, mən baş əyməyəcəyəm”, – o bildirib.

Teqlər: