Çox möhkəm platforma qurmuşuq, indi isə… – Prezident

Çox möhkəm platforma qurmuşuq, indi isə… – Prezident

Biz Azərbaycanda daha çox Çin şirkətini görməyə ümid edirik.

AzerTimes xəbər verir ki, bunu Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan və Çin arasında əməkdaşlıq üçün çox möhkəm platforma qurulub:

“30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var”.

Prezident İlham Əliyev Azərbaycanın Orta Dəhlizlə bağlı Sədr Si Szinpinin təşəbbüslərini tam dəstəklədiyini vurğulayıb:

“İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri ölkəmizdə uzun illərdir ki, fəaliyyət göstərir. Biz Azərbaycanda daha çox Çin şirkətini görməyə ümid edirik”.

Teqlər: