COVİD pasportu ilə bağlı tələbin toylara da tətbiqi nəzərdə tutulur – Operativ Qərargah

İki doza vurulanlara vaksin sertifikatı veriləcək. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVID pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara da tətbiqi nəzərdə tutulur.

AzerTimes xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, burada söhbət konsert, kinoteatr, toylar, digər şənliklərdən gedir: “Bunun nə zaman tətbiq olunacağı barədə məlumat veriləcək”.

Teqlər: