“COVID-19-un diaqnostika və müalicəsi” üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş Elmi Simpozium keçiriləcək

13 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən tərtib edilmiş
“COVID-19-un diaqnostika və müalicəsi” üzrə metodik vəsaitin
təqdimatına həsr edilmiş Elmi Simpozium keçiriləcək.

Elmi Simpoziumda “Metodik vəsait: COVID-19-un diaqnostika və
müalicəsi üzrə beynəlxalq və yerli təcrübənin xülasəsi”,
“Koronavirusun diaqnostikasında zəruri laborator müayinələr”,
“COVID-19 xəstəliyinin radioloji diaqnostikası”, “COVID-19-un
müalicəsində istifadə edilən dərman vasitələri”, “Ağır koronavirus
xəstələrində ECMO tətbiqinin əsas prinsipləri” mövzularında Mərkəzi
Gömrük Hospitalının həkimləri tərəfindən hazırlanmış məruzələr
dinləniləcək və tədbir sual-cavab sesiyaları vasitəsilə interaktiv
şəklində həyata keçiriləcək.

Proqramla tanış olmaq üçün link:


https://customshospital.az/13-aprel-covid-19-un-diaqnostika-ve-mualicesi-metodik-vesaitin-teqdimatina-hesr-edilmis-elmi-simpozium/#gsc.tab=0

Tədbiri hərkəs Mərkəzi Gömrük Hospitalının rəsmi facebook
səhifəsi üzərindən canlı izləyə bilər.

Maraqlanan hərkəsi 13 aprel 2022-ci il tarixində saat 9:30-da
tədbiri izləməyə dəvət edirik!

Teqlər: