“Coty” konserni Rusiyadakı fəaliyyətini dayandırır

Fransa və ABŞ-ın kosmetik konserni “Coty” Rusiyadakı
fəaliyyətini dayandırır.

Trend xəbər verir ki, bu barədə şirkətin bəyanatında istinadən “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilir ki, qərarın qəbul edilməsindən əvvəl “ABŞ, Böyük
Britaniya və digər ölkələrdə müvafiq qaydaların təhlili daxil
olmaqla hərtərəfli müzakirələr” aparılıb.

Agentliyin məlumatına görə, 2021-ci ildə qrupun Rusiya
Federasiyasında satışları ümumi mənfəətin 3 faizini təşkil
edib.

Qeyd edək ki, “Coty” konserninə 80-ə yaxın ətir markası, o
cümlədən “Alexander McQueen”, “Bottega Veneta”, “Burberry”, “Calvin
Klein”, “Chloe”, “Gucci”, “Hugo Boss”, “Kylie Skin”, “Marc Jacobs”, “Miu Miu” və “Tiffany” də daxildir.