Conni Depp huşsuz halda tapıldı: intihara cəhd edib?

Conni Depp huşsuz halda tapıldı: intihara cəhd edib?

Məşhur Hollivod aktyoru və musiqiçi Conni Depp otel otağında huşsuz vəziyyətdə tapılıb.

AzerTimes xəbər verir ki, onun vəziyyətinin ağır olması səbəbindən otelə həkim briqadası gəlib.

Bu xəbərin ardından isə aktyorun təmsil olunduğu qrupun Budapeşt konsertinin son anda təxirə salınmasının səbəbi üzə çıxıb. Komanda C.Deppsiz səhnəyə çıxmaq istəməyib.

Sosial şəbəkələrdə yayılan iddialarda bildirilib ki, Depp intihara cəhd edib.

Buna baxmayaraq, onun otel otağında niyə huşsuz tapılması ilə bağlı rəsmi açıqlama yoxdur.

Teqlər: