Cocuq Mərcanlının yenidən qurulması Azərbaycan xalqının qayıdış əzminin rəmzidir – Hikmət Hacıyev

Xəbər - Elçin Mehdiyev – Trend:

2016-cı ilin aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndi ətrafında təhlükəsizlik mühiti təmin olunub.

Trend TV-in Qarabağ bürosunun məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Cocuq Mərcanlıya səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

H.Hacıyev bildirib ki, Cocuq Mərcanlı fiziki olaraq Azərbaycanın nəzarətində olsa da, o zaman Lələ Təpə yüksəkliyi Ermənistan silahlı qüvvələrinin nəzarətində olduğu üçün bu ərazidə tikinti-quruculuq işlərini aparmaq mümkün deyildi: “Biz hətta 2017-ci ilin fevralında diplomatik korpus nümayəndələri ilə bu kəndə səfər etmişdik. Tamamilə dağılmış bir vəziyyətdə idi. O zamankı dağıntı formasını biz Azəbaycanın digər işğaldan azad edilmiş ərazilərində görürdük və bu gün də Cəbrayıla və Zəngilana səfərimiz zamanı bu kimi dağıntıların yenə şahidi olacağıq.

Amma gördüyünüz kimi çox qısa bir müddətdə, yəni 2017-2018-ci illərdə Cocuq Mərcanlı kəndi yenidən quruldu. Cocuq Mərcanlının yenidən qurulması Azərbaycan xalqının qayıdış əzminin bir rəmzinə çevrildi”.

Teqlər: