Cocuq Mərcanlıdan başlayan Böyük qayıdış – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə həyata
keçirilmiş “Horadiz” əməliyyatı zamanı Füzuli rayonunun 20 dən çox
yaşayış məntəqəsi ilə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndi də işğaldan azad edilmişdir. Lakin “Lələ Təpə” yüksəkliyi
erməni işğalçılarının nəzarətində olması kənd sakinlərinin ora
qayıtmasını mümkünsüz edirdi. 2016-cı ilin aprel ayında Azərbaycan
Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı
nəticəsində “Lələ Təpə” yüksəkliyi erməni işğalından azad edilmiş
və kənddə insanların təhlükəsiz yaşaması mümkün olmuşdur.

Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma
yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam
nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin
başlanmasına şərait yaranmışdır.

AzerTimes-ın məlumatına görə Elnar Məmmədlinin təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Aprel zəfərinin ildönümü, Cocuq
Mərcanlıdan başlayan Böyük qayıdış, Şuşa Türk dünyasının mədəniyyət
paytaxtı” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı
danışılıb. Verilişin qonaqları – siyasi şərhçilər Ceyhun Məmmədov,
Vüqar Rəhimzadə və Ədalət Verdiyev mövzu ətrafında müzakirə
aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=8zaquIFux1I

Teqlər: