Bakıda ticarət dövriyyəsinin həcmi açıqlanıb

2022-ci ilin yanvar-fevral aylarında Bakıda ticarət
dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-fevral ayları ilə
müqayisədə 5,5 faiz artaraq 3 milyard 989,1 milyon manat olub.

AzerTimes-ın
məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları,
içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü
ilə müqayisədə 2,7 faiz artaraq 2 milyard 052,7 milyon manata,
qeyri-ərzaq məhsullarının həcmi isə 9,2 faiz artaraq 1 milyard
936,4 milyon manata bərabər olub.

İstehlak məhsullarının 36,8 faizi hüquqi şəxs statuslu
müəssisələrdə, 41,8 faizi fərdi sahibkarlara məxsus ticarət
obyektlərində, 21,4 faizi isə paytaxtın məhsul bazarlarında
satılıb.

Teqlər: