Cocuq Mərcanlıda Novruz konserti oldu – Video

Cocuq Mərcanlıda Novruz konserti oldu – Video

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin klub-icma mərkəzində Novruz bayramı münasibətilə şənlik və bayram konserti təşkil olunub.

AzerTimes xəbər verir ki, klub-icma mərkəzdə təşkil olunmuş tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında müxtəlif musiqi parçaları səsləndirilib.

Novruzun əsas atributları olan Keçəlin duzlu-məzəli zarafatları, Bahar qızının iştirakı ilə ruh yüksəkliyi yaradıb. Bayram şənliyi sakinlər tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.

Uşaqların üz boyanması ilə sonlanan tədbir onların bayram əhvali-ruhiyyəsini daha artırıb, bu günü onlar üçün unudulmaz edib.

Teqlər: