“Stormous” haker qrupu “Coca-Cola” şirkətinin serverlərinin
sındırıldığını və oradan 161 GB məlumatın oğurlandığını
açıqladı.
AzerTimes-ın
məlumatına görə, bu barədə “Anti-Malware” nəşri xəbər verib.
Bununla belə, “Stormous” qrupu 1,6 bitkoinə (təxminən 64 min
dollar) “Coca-Cola” məlumatlarını satan darknetdəki mağazasına link
paylaşıb. İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislər hələlik bu
məlumatların həqiqiliyini təsdiq edə bilməyiblər.
“The Recrod” nəşri xəbər verib ki, “Coca-Cola” şirkəti artıq
hadisə ilə bağlı araşdırmalara başlayıb.