ABŞ prezidenti İsrailə səfər edəcək

Ağ Ev ABŞ prezidenti Co Baydenin İsrailin baş naziri Naftali
Bennetin ölkəsinə səfər dəvətini qəbul etdiyini təsdiqləyib.

AzerTimes-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Cen
Psaki bildirib.

Onun sözlərinə görə, lakin səfərin dəqiq tarixi hələlik məlum
deyil:

“Baş nazir Bennet onu [Baydeni] İsrailə səfərə dəvət edib və o,
dəvəti qəbul edib. Hələki dəqiq tarixi elan edə bilmirik”.

Teqlər: