Coca-Cola-nın dəstəyi ilə iftar çadırları qurulur (FOTO)

Coca-Cola Azərbaycan “Nargis” Fondunun təşəbbüsü ilə müqəddəs
Ramazan ayı münasibətilə Qəbələ rayonunda 25-29 aprel tarixləri
arasında İftar çadırlarının təşkilinə dəstək olmuşdur.

“Azərbaycan Koka-Kola Bottlers LTD” MMC şirkətinin İctimaiyyətlə
Əlaqələr və Kommunikasiya üzrə supervayzeri Aytən Məmmədova iftar
tədbirinə qatılaraq hər kəsi müqəddəs Ramazan ayı münasibətilə
təbrik etmişdir: “Coca-Cola xalqımızın milli dəyərlərinə,
adət-ənənələrinə hər zaman böyük ehtiram və diqqətlə yanaşmışdır.
Milyonlarla insanı birləşdirən Ramazan ayında paylaşmaq, cəmiyyətə
dəstək olmaq xüsusi önəm daşıyır və biz də bu gözəl təşəbbüsə
qoşularaq Qəbələ və ətraf bölgələrin sakinləri üçün iftar
məclislərin qurulmasına dəstək olaraq öz töfhəmizi vermiş olduq.
Hər kəsi qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edir,
oruclarınızın qəbul olunmasını diləyirik”.

“Nargis” Fondunun bu təşəbbüsünə Coca-Cola ilə yanaşı PAŞA Bank,
TİKA, Gəncliyə Yardım Fondu, Türkiyə Diyanət Vəqfi və bir sıra
digər yerli şirkətlər də dəstək olmuşlar.

İftar məclislərində həmçinin şəhid və qazi ailələri də iştirak
etmişdir.

Qeyd edək ki, Coca-Cola Azərbaycan ölkədə aztəminatlı ailələrə
dəstək üçün hər il müxtəlif təşəbbüslərə qoşulur, layihələr həyata
keçirir. Son belə təşəbbüslərdən biri də ASAN Könüllüləri təşkilatı
həyata keçirilən “Birlikdəyik” layihəsi olmuşdur. Layihə
çərçivəsində 4000 aztəminatlı ailəyə ərzaq və şəxsi gigiyena
ləvazimatları təqdim edilmişdir.

Teqlər: