Co Bayden İlham Əliyevi təbrik etdi

Co Bayden İlham Əliyevi təbrik etdi

Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AzerTimes məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident.

Amerika Birləşmiş Ştatlarının xalqı adından Sizə və Azərbaycan xalqına xoş arzularımı yetirir və Novruz bayramınızın dinc, firavan və sevincli keçməsini diləyirəm.

Yenilənmə və düşünmə fəslini qeyd etdiyimiz bir vaxtda Amerika Birləşmiş Ştatları ölkələrimiz arasında tərəfdaşlığa və gələcək nəsillər üçün regionda təhlükəsizliyi təşviq edəcək, Azərbaycan və Ermənistan arasında möhkəm və ləyaqətli sülhə nail olunmasına davamlı sadiqliyini bir daha təsdiq edir. Bu il ərzində regional bağlılığın irəlilədilməsi və iqtisadi inkişafın genişləndirilməsi üçün Sizinlə birgə çalışmağı arzu edirəm.

Novruz bayramınız mübarək!”

Teqlər: