ÇL: “Siti” və “İnter” yarımfinalda!

ÇL: “Siti” və “İnter” yarımfinalda!

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi başa çatıb.

AzerTimes xəbər verir ki, son iki cavab oyunundan sonra yarımfinalın bütün iştirakçıları bəlli olub.

İlk görüşdə Almaniya “Bavariya”sına 3-0 qalib gələn “Mançester Siti” bu dəfə 1-1 hesablı bərabərliyə razılaşıb. Bu nəticə ilə İngiltərə təmsilçisi yarımfinala vəsiqə əldə edib.

Mərhələnin digər matçında isə Portuqaliyada “Benfika”nı 2-0 məğlub edən “İnter” İtaliyada rəqibi ilə 3-3 hesablı bərabərliyə imza atıb. “İnter” iki görüşün nəticəsinə əsasən, yarımfinala yüksəlib.

Teqlər: