ÇL: 1/8 finalın cavab oyunları başlayır

ÇL: 1/8 finalın cavab oyunları başlayır

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

AzerTimes xəbər verir ki, ilk olaraq 2 matç baş tutacaq.

Almaniya çempionu “Bavariya” İtaliyanın “Latsio” komandasını qəbul edəcək. Romadakı ilk görüşdə meydan sahibləri qələbə qazanıblar – 1:0.

Digər oyunda Fransanın PSJ klubu İspaniyada “Real Sosyedad”la üz-üzə gələcək. İlk görüşdə Paris klubu qalib gəlib – 2:0.

Teqlər: