Çinin sabiq rəhbəri qurultaydan qovuldu – Video

Çinin sabiq rəhbəri qurultaydan qovuldu – Video

Çin Xalq Respublikasının (ÇXR) sabiq rəhbəri Xu Szintao Kommunist Partiyasının qurultayından məcburi şəkildə çıxarılıb.

AzerTimes xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Çin Kommunist Partiyasının XX qurultayında 2 nəfər Çinin Xalq Respublikasının sədri Si Szinpinin yanında əyləşən 79 yaşlı siyasətçini zaldan çıxarır.

Qeyd edək ki, Çin Kommunist Partiyası 20-ci qurultayında yenidən Si Szinpinin sədr seçib.

Teqlər: