Çinin müdafiə naziri Rusiyaya gedir

Çinin müdafiə naziri Rusiyaya gedir

Çinin müdafiə naziri Li Şanfu aprelin 16-19-da Rusiyaya rəsmi səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefey məlumat verib.

Məlumata görə, səfər Rusiya müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə baş tutacaq.

Qeyd olunur ki, səfər zamanı çinli nazir Rusiya ordusunun rəhbərliyi ilə danışıqlar aparacaq, həmçinin Rusiya hərbi təhsil müəssisələrinə baş çəkəcək.

Teqlər: