Çinin Kiyevə yardım etməsini gözləyirik – ABŞ

Çinin Kiyevə yardım etməsini gözləyirik – ABŞ

ABŞ Çinin Ukraynaya özünümüdafiə baxımından kömək etməsini istəyir.

AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Biz istərdik ki, Çin bu işğalı pisləməkdə dünyanın qalan hissəsinə qoşulsun və Rusiyanın bu müharibəni davam etdirməsinə kömək etmək üçün heç bir iş görməsin. Əslində, Çinin özünümüdafiə baxımından Ukraynaya kömək etmək üçün atdığı addımları görməkdən məmnun olarıq”, – deyə o, CNN-ə müsahibəsində bildirib.

Teqlər: