Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, 113 nəfər ölkənin şimal-qərbindəki Qansu əyalətində, 18 nəfər Çinin qərbindəki Çinxay əyalətində ölüb.
Qeyd edək ki, Çinin Qansu əyalətində 6,1 bal gücündə zəlzələ baş verib.