Bakıda ev yandı: xəsarət alan var

Bakıda ev yandı: xəsarət alan var

Bakı şəhərinin Xəzər rayonunda ev yanıb.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonunda ümumi sahəsi 28 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: