Çində zavodda müəmmalı partlayış: 9 ölü…

Çində zavodda müəmmalı partlayış: 9 ölü…

Çinin Şandon vilayətində kimyəvi məhsullar istehsal edən zavodda baş verən partlayışda həlak olanların sayı 9-a çatıb, bir nəfər hələ də itkin düşmüş hesab olunur.

AzerTimes xəbər verir ki, bu barədə vilayət hökumətindən verilən məlumatda bildirilib.

Qeyd edək ki, bədbəxt hadisə mayın 1-də Lyaoçen şəhərindəki hidrogen-peroksid məhsulları istehsal edən zavodda baş verib, ardınca yanğın yaranıb.

Partlayışın hansı səbəbdən baş verdiyi bilinmir.

Teqlər: