Çində yaşayış binasının çökməsi nəticəsində 53 nəfər ölüb

Çinin Çanşa şəhərində yaşayış binasının çökməsi nəticəsində
ölənlərin sayı 53 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarından
bildiriblər.

Məlumata əsasən, hadisə yerində axtarış əməliyyatı başa çatıb.
Şəhər rəhbərliyi dağıntılar altında daha insanların olmadığını
təsdiqləyib.

Xatırladaq ki, 8 mərtəbəli yaşayış binası aprelin 29-u səhər
saatlarında çöküb. Bina 2012-ci ildə tikilib və 6 mərtəbədən ibarət
olub, lakin 2018-ci ildə binaya daha iki mərtəbə əlavə olaraq
tikilib. Binada mağaza, restoran, kiçik kinoteatr və qəhvəxana,
otel, həmçinin yaşayış mənzilləri yerləşirdi.

Polis hadisə ilə bağlı ən azı 9 nəfəri, o cümlədən binanın
sahibi və tikinti işlərinin rəhbərini saxlayıb. Faktla bağlı
araşdırma aparılır.