Xəbər - Orxan Nəbiyev – Trend:
Çin hökuməti “Sinopharm” əczaçılıq şirkətinin koronavirusa qarşı vaksinin 3 yaşdan 17 yaşadək uşaqlara vurulmasına razılıq verib.
AzerTimes-ın məlumatına görə, vaksinin həmin yaş qrupundan olan uşaqlar üzərində sınaqlarının birinci və ikinci mərhələləi başa çatıb.
Sınaqlar zamanı vaksin tam təhlükəsizlik nümayiş etdirib. Sınaqlarda 3-17 yaş arası 900 nəfər iştirak edib. Vaksinin ciddi yan təsirləri qeydə alınmayıb.
Qeyd edək ki, Çində iyunun əvvəlində 3 yaşından böyük uşaqlar “Sinovac” vaksinin istifadəsinə icazə verilmişdi.