Böyük Britaniyanın səhiyyə naziri koronavirusa yoluxub

Xəbər - Orxan Nəbiyev – Trend:

Böyük Britaniyanın səhiyyə naziri Sacid Cavid koronavirusa yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə nazir öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, koronavirusa qarşı vaksinin iki dozası peyvənd olunduğu üçün xəstəliyin simptomları zəifdir.

Qeyd edək ki, Böyük Britaniyanın bundan əvvəlki səhiyyə naziri Mett Henkok da 2020-ci ilin yazında koronavirusa yoluxmuşdu.