Çində “robot avtomobil”lərin kütləvi istehsalı başlayacaq

Xəbər - Orxan Nəbiyev – Trend:

Çinin “Baidu” texnologiya şirkəti 2023-cü ildən pilotsuz “robotmobil”lərin kütləvi istehsalına başlayacaq.

Trend-in məlumatına görə, bunu şirkətin baş direktoru Robin Li deyib.

O qeyd edib ki, gələn il “robot avtomobil”in ilk prototipi hazırlanacaq. Onun sözlərinə görə, gələcəkdə pilotsuz avtomobillərin geniş yayılması Çində iri şəhərlərin yollarında tıxac probleminin həllində kömək edəcək.


Qeyd edək ki, “Baidu” şirkəti 2000-ci ildə təsis edilib. Şirkət Çinin ən böyük internet axtarış sisteminin təsisçisidir.