Çində qaz partlayışı olub, ölənlər var

Çinin Dalyan şəhərində (Lyaonin vilayəti) qaz partlayışı baş verib.

AzerTimes-ın məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində “Global Times” qəzeti yazıb.

Məlumata əsasən, hadisə nəticəsində ən azı 8 nəfər ölüb, 5 nəfər yaralanıb.


Baş verənlərin səbəbləri və dağıntıların miqyası araşdırılır.