Çinin Zhengzhou şəhərində (Henan əyalətinin inzibati mərkəzi) daşqın nəticəsində metro tuneli su altında qalıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi xəbərə görə Veibo’da yerli hökumətin göndərdiyi məlumata görə, ən az 12 nəfər ölüb və beş nəfər yaralanıb.
Ümumilikdə, tuneldən təxminən 500 nəfər təxliyyə edilib.