Çində koronavirusa yoluxmada avqustdan bəri ən yüksək göstərici qeydə alınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Çində son sutka ərzində koronavirusa 164 yeni yoluxma faktı qeydə alınıb.

Trend-in məlumatına görə, bu, avqustun 9-dan bəri ölkə ərazisində qeydə alınan yüksək göstərici olub.

Qeyd olunur ki, son sutkada yoluxanlardan 73 nəfəri xaricdən gələn şəxslər olub.

Statistikaya əsasən, ölkədə son bir həftədə COVID-19-a yoluxanların sayı hər gün 2 faizə yaxın artıb.