Çində hotel binasının bir hissəsi çöküb – Ölən və itkin düşənlər var

Xəbər - Orxan Nəbiyev – Trend:

Çinin şərqindəki Tszyansu əyalətində hotel binasının bir hissəsi çöküb.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində azı bir nəfər həlak olub. Daha 10 nəfərin itkin düşdüyü deyilir.

Dağıntılar altından 8 nəfəri çıxarmaq mümkün olub, onlardan 3 nəfərinə tibbi yardım göstərilib.


Hotelin çökməsinin səbəbləri ilə bağlı araşdırma aparılır. Qəza zamanı binada nə qədər adamın olduğu bilinmir.