Çində H3N8 quş qripinə insanın ilk yoluxma hadisəsi qeydə
alınıb.
AzerTimes-ın
məlumatına görə, bu barədə “BNO News” informasiya agentliyi Çin
Milli Səhiyyə Komissiyasına istinadən bildirib.
Məlumata əsasən, infeksiya Henan əyalətinin Çjumadan şəhərinin
dörd yaşlı sakinində təsdiqlənib. Yoluxma aprelin 5-də ev quşları
ilə təmas nəticəsində baş verib. Uşağın vəziyyəti pisləşdiyi üçün
aprelin 10-da xəstəxanaya yerləşdirilib. Xəstəliyə yoluxanların
bütün qohumlarının sağlam olduğu bildirilib.
Komissiyanın ilkin qiymətləndirməsinə görə, H3N8 ştammı “hələ
insanlara effektiv şəkildə yoluxdurmaq qabiliyyətinə malik deyil”,
ona görə də genişmiqyaslı epidemiya riski aşağı olaraq qalır.