Çində güclü partlayış olub, dağıntılar altında qalanlar var

Xəbər - Orxan Nəbiyev – Trend:

Çinin cənub-qərbindəki Çuntsin şəhərində bələdiyyənin yeməkxanasında güclü partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində yeməkxana binası çöküb.

Dağıntılar altında 20 nəfərin qaldığı deyilir. Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər işləyir.

Partlayışın qaz sızması nəticəsində baş verməsi ehtimal olunur.