Çində çoxmərtəbəli binada yanğın: 39 nəfər öldü

Çində çoxmərtəbəli binada yanğın: 39 nəfər öldü

Çinin Tszyansi əyalətində çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 39 nəfər ölüb.

AzerTimes xəbər verir ki, məlumatı “Kazinform” agentliyi yayıb.

Bildirilib ki, hadisə yanvarın 24-də Tszyansi əyalətinin Sinyuy şəhərində baş verib. Axtarış xilasetmə əməliyyatı davam edir. Hadisənin şəraiti və səbəbi araşdırılır.

Yanğın qurbanlarının artacağı ehtimal olunur.

Teqlər: