Çində binanın çökməsi nəticəsində 16 nəfər ölüb

Çinin Çunçin bələdiyyəsində yaşayış binası çöküb.

AzerTimes-ın “Sinhua”ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 16 nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb.


Məlumata əsasən, binanın çökməsinə səbəb qaz sızması nəticəsində baş verən partlayış olub.