Çində bağçaya hücum olub – 20-yə yaxın uşaq yaralanıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Çinin Quansi-Çjuan muxtar rayonunda naməlum şəxs uşaq bağçasına hücum edib.

AzerTimes-ın məlumatına görə, hücum nəticəsində 18 nəfər, o cümlədən 16 uşaq və 2 tərbiyəçi yaralanıb.


Qeyd olunur ki, polis hücum edən şəxsi saxlayıb. Hücumun səbəbləri ilə bağlı araşdırma aparılır.