Çində avtobus yük maşını ilə toqquşub, ölənlər və yaralananlar var

Çinin Anhoy əyalətində ağır yol qəzası baş verib.

AzerTimes-ın “Sinhua” agentliyinə istinadən verdiyi məlumata görə, əyalətin Maanşan şəhərində yerli vaxtla saat 22:11-də avtobusla yük maşını toqquşub.

Məlumata əsasən, qəza nəticəsində 8 nəfər həlak olub, 8 nəfər isə xəsarət alıb. Bütün xəsarət alanlar xəstəxanalara yerləşdirilib.


Qəzanın səbəbi araşdırılır. =