Çində 88 milyon ton neft ehtiyatı aşkarlanıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Çinin “Sinopec” neft-qaz şirkəti ölkənin şimal-qərbindəki Şunbey yatağında əlavə 88 milyon ton həcmində neft ehtiyatı aşkar edib.

Trend-in məlumatına görə, bu barədə şirkətin nümayəndəsi bildirib.

Qeyd olunur ki, həmin yataqda, həmçinin 29 milyard kubmetr təbii qaz ehtiyatı var.

Hazırda Şubey yatağında gündəlik hasilat həcmi 2 min tona yaxın karbohidrogen təşkil edir.

Şubey yatağı Çinin Sintszyan-Uyğur muxtar rayonu ərazisində yerləşir. 2021-ci ilin sonunda yartaqda kəşf olunmuş neft ehtiyatlarının həcmi 130 milyon tondan çox təşkil edirdi.