Çində 2,24 milyard peyvənd istifadə edilib

Çində əhalinin kütləvi peyvən olunması kampaniyası çərçivəsində 2.ş24 milyard doza peyvən istifadə edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsindən bildiriblər.

Məlumata əsasən, ölkədə 2 243 018 000 doza peyvənd istifadə edilib.

Qeyd edək ki, Çinin əhalisinin sayı 1,41 milyard təşkil edir. Sentyabrın 29-u təqdim edilən statistikaya əsasən, ölkə əhaləsinin 1,047 milyardı tam peyvənd olunub.