Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində
törədilmiş 68 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-in mətbuat xidmətindən AzerTimes-a bildiriblər ki, əvvəlki
dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 88 nəfər, o cümlədən borclu
şəxs qismində axtarışda olan 63 nəfər saxlanılaraq aidiyyəti üzrə
təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş
vermiş, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 33,
qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə
bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.

Teqlər: