Çin və Braziliya Ukrayna ilə bağlı memorandum imzaladı

Çin və Braziliya Ukrayna ilə bağlı memorandum imzaladı

Çin və Braziliya Ukraynadakı vəziyyətlə bağlı birgə memorandum imzalayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Sinxua” nəşri məlumat dərc edib.

“Ukrayna böhranının siyasi həllinə dair Çin və Braziliya arasında ümumi razılaşmalar” adlı birgə memorandum Çinin xarici işlər naziri Vanq Yi ilə Braziliya Prezidentinin xüsusi müşaviri Selso Amorim arasında keçirilən görüşdən sonra dərc edilib.

Tərəflər razılaşıblar ki, danışıqlar böhranın həlli üçün yeganə əlverişli variantdır və bütün tərəflər birbaşa dialoqun bərpası üçün şərait yaratmalıdır. Çin və Braziliya müvafiq vaxtda, bütün tərəflərin bərabər iştirakı və bütün sülh təkliflərinin ədalətli müzakirəsi ilə Rusiya və Ukrayna tərəfindən tanınan beynəlxalq sülh konfransının keçirilməsini dəstəkləyirlər”, – memorandumda qeyd olunub.

Teqlər: